media-owl_detail_620_5e52a583e024cbfc39970219ed24b8aa

ABŞ-da siyasi dairələrdə yeni mübahisələr yaranıb.

ERAmedia xəbər verir ki, ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent İranla bağlı müharibəni İsrail lobisinin qurduğu plan kimi qiymətləndirərək vəzifəsindən ayrıldıqdan sonra Vaşinqton siyasətində ciddi rezonans yaranıb. Bu istefanın təsirləri davam etdiyi bir vaxtda, mühafizəkar düşərgənin bəzi tanınmış simalarının sərt tənqidləri “Öncə Amerika” doktrinasına yeni zərbə kimi qiymətləndirilir.

Keçmiş Tramp administrasiyası rəsmisi Kerri Prejean Boller televiziya proqramında çıxışı zamanı “Amerikanı Yenidən Böyük Et” (MAGA) hərəkatının artıq “öldüyünü” iddia edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp xarici siyasət qərarlarında, xüsusilə İranla bağlı məsələdə İsrailin təsiri altında qalıb.

Teleaparıcı Piers Morganın proqramında danışan Boller bildirib ki, bir vaxtlar ən yaxın tərəfdarı olduğu prezidenti artıq fərqli bir fiqur kimi görür. O, ABŞ-ın xarici təsir altında idarə olunduğunu iddia edib.

“Biz elə bir prosesdən keçirik ki, sanki öz hökumətimiz xarici bir ölkə tərəfindən işğal olunub. ABŞ prezidentinin qərarları başqa bir hökumətin təsiri altına düşür”, – deyə o bildirib.

O, mövcud hərbi gərginliyin əsas səbəbi kimi İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a tez-tez səfərlərini göstərib. Bollerin sözlərinə görə, bu səfərlər Vaşinqtonda qərarların qəbuluna ciddi təsir edib.

“Netanyahu demək olar ki, səkkiz dəfə bura gəlib. Bu vəziyyət bizim üçün utanc mənbəyidir,” – deyə o bildirib.

Trampın sadiq siyasi elektoratı arasında yaranan fikir ayrılığı keçmiş müttəfiqlərin açıq tənqidləri ilə daha da dərinləşib. Boller MAGA hərəkatının “ölüdən də betər vəziyyətdə” olduğunu iddia edərək amerikalılar arasında böyük qəzəb yarandığını qeyd edib.

Qeyd edək ki, MAGA – “Make America Great Again” (“Amerikanı Yenidən Böyük Et”) şüarı əsasında formalaşmış siyasi hərəkatdır və ABŞ-ın iqtisadi, hərbi və mədəni gücünü əvvəlki səviyyəyə qaytarmağı hədəfləyir.

Vural


media-adspc

Bənzər xəbərlər