Tramp: Əgər razılaşma əldə etməsək...
Dünyada ən böyük və ən güclü olan gəmilərimiz İrana çox yaxındır.
ERAmedia xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın Ali lideri Ayətullah Əli Xameneyinin ABŞ İrana hücum edərsə, regional müharibə başlayacağına dair açıqlamasına münasibət bildirərkən deyib. O, gəmilərin bir neçə günə orada olacağını bildirib.
“Ümid edirik ki, razılaşma əldə edəcəyik. Əgər razılaşma əldə etməsək, onun haqlı olub-olmadığını biləcəyik”,- deyə Tramp əlavə edib.










