media-ads-728x90
media-71984796_1004
media-ads-728x90

ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Vaşinqtonda əvvəlcə ukraynalı həmkarı Volodimir Zelenski ilə təkbətək görüşəcək, daha sonra onu müşayiət edən Avropa ölkələrinin liderləri də görüşə qatılacaq.

ERAmedia xəbər verir ki, bu barədə “Bild” nəşri Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, geniş tərkibdə işgüzar nahar və çoxsaatlıq müzakirə də olacaq.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Ciorcia Meloni və NATO-nun Baş katibi Mark Rutte iclasda iştirak edəcəklərini açıqlayıblar.


media-ads-728x90

Bənzər xəbərlər