media-17229324982450438876_1200x630

ABŞ prezidenti Donald Tramp “The Hugh Hewitt Show” proqramında verdiyi müsahibədə Kuba ilə bağlı fikirlərini açıqlayıb.

ERAmedia xəbər verir ki, Tramp bu açıqlamalarda Venesuela prezidenti Nicolas Maduronun ABŞ-ın keçirdiyi əməliyyatla həbsindən sonra regionda yaranan vəziyyətə diqqət çəkərək, Kuba iqtisadiyyatının və hakimiyyətinin fövqəladə çətin durumda olduğunu iddia edib.

Tramp vurğulayıb ki, Kuba uzun illər boyu Venesueladan həm neft, həm də maliyyə dəstəyi alıb, lakin Maduronun devrilməsi ilə bu resursların kəsildiyini və bunun Havana üçün böyük itki olduğunu bildirib.

“Oraya girib vəziyyəti pozmaqdan başqa daha sərt bir təzyiq tətbiq etmək çətindir. Onların bütün can damarı Venesuelaydı… Nefti də, pulu da Venesueladan alırdılar”, – Tramp qeyd edib.

Tramp həmçinin Kubanı “öz daxili dinamikaları ilə ciddi böhrana yaxın” kimi xarakterizə edib və hələ tam çökmədiyini, lakin buna çox yaxın olduğunu söyləyib.

Qeyd edək ki, bu açıqlamalar ABŞ–Venesuela gərginliyi fonunda Kuba hakimiyyətinin beynəlxalq mövqeyini və regiondakı siyasi vəziyyəti daha da mürəkkəbləşdirir.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər