Tramp İran nümayəndələri ilə görüşə bilər
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramının müzakirəsi üçün İran nümayəndələri ilə görüşün mümkünlüyünü istisna etməyib.
ERAmedia-nın məlumatına görə, jurnalistlərinə açıqlamasında Tramp bildirib ki, “İran rəhbərliyinin nümayəndələri” yanvarın 10-da onunla əlaqə saxlayıblar.
“Ola bilsin, görüşdən əvvəl hərəkətə keçməli olaq. Görüş hazırda təşkil olunma mərhələsindədir. İran zəng edib. Onlar danışıqlar istəyirlər”, – deyə Tramp vurğulayıb.
“Reuters” agentliyinin məlumatına görə, söhbət əsasən Tehranın nüvə proqramı ilə bağlı danışıqlardan gedib. Agentliyin yazdığına görə, Tramp eyni zamanda Vaşinqtonun İranda müxalif qüvvələrlə də əlaqə saxladığını bildirib.
Xatırladaq ki, 2015-ci ildə İran və Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP/SVPD) imzalanmışdı. Bu saziş 2002-ci ildən Qərbin İranı nüvə silahı hazırlamaqda ittiham etməsi ilə başlayan böhrana son qoymuşdu. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp razılaşmadan çıxdığını elan edib və İrana qarşı bütün Amerika sanksiyalarını bərpa edib. Buna cavab olaraq 2020-ci ildə Tehran SVPD üzrə öhdəliklərini azaltdığını və MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişlərinin nüvə obyektlərinə çıxışını məhdudlaşdırdığını bildirib. Bununla belə, 2025-ci ilin iyununda baş verən İran–İsrail gərginliyinə qədər agentlik yoxlamaları davam etdirirdi.
Əli Fərhad










