Tramp İranı ittiam etdi: “Bu hərəkətlər razılaşmalara uyğun deyil”
ABŞ prezidenti Donald Tramp Tehrana Hörmüz boğazından keçid üçün ödəniş almaq planlarından imtina etməyə çağırıb.
ERAmedia xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Belə məlumatlar var ki, İran tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş alır. İran bununla məşğul olmamalıdır, əgər artıq belə bir praktika tətbiq edirsə, bunu dərhal dayandırmalıdır”, – deyə o qeyd edib.
Daha sonra ABŞ prezidenti başqa bir paylaşım edərək bildirib ki, İranın Hörmüz boğazındakı hərəkətləri razılaşmalara uyğun deyil.
“İran Hörmüz boğazından neftin keçidini təmin edərkən çox pis iş görür, bəziləri bunu şərəfsiz adlandırar. Bu, bizim razılaşmalarımıza uyğun deyil”, – deyə Tramp yazıb.
Vüsalə










