Tramp Paşinyana hədiyyə göndərdi
Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Ağ Evdə Donald Tramp ilə görüşüb.
ERAmedia xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş yeni təyin olunmuş səfirlər üçün təşkil olunan tədbir çərçivəsində keçirilib. Görüş zamanı səfir Narek Mkrtçyan Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunması istiqamətində ardıcıl səylərinə görə ABŞ prezidenti Donald Trampa təşəkkürünü bildirib və Ağ Evdə 8 avqust tarixində imzalanan tarixi sənədlərə diqqət çəkib.
ABŞ prezidenti Donald Tramp baş nazir Nikol Paşinyana şəxsi yazısı olan hədiyyə təqdim edib.
Vural









