Tramp Santa Klausun hərəkətlərini yoxladıqlarını dedi
“Vaşinqton Santa Klausun dünya üzrə hərəkətini izləyir ki, onun “yaxşı davrandığından” əmin olsun”.
ERAmedia xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Milad bayramı münasibətilə keçirilən tədbir zamanı uşaqların suallarını cavablandırarkən bildirib.
“Biz onun gizli şəkildə daxil olmadığını yoxlamaq istəyirik. Ölkəmizə pis Santa daxil olmasın. Biz öyrəndik ki, Santa yaxşıdır”, – deyə ABŞ lideri vurğulayıb.
ABŞ-da Santa Klausun bayram marşrutunun “izlənilməsi” ənənəsi 1955-ci ildə yaranıb. Həmin vaxt ticarət şirkətlərindən birinin reklamında uşaqların hədiyyələrlə bağlı arzularını bildirməsi üçün göstərilən telefon nömrəsində səhv buraxılmışdı. Nəticədə uşaqlar kütləvi şəkildə ölkənin kontinental hissəsinin Hava Hücumundan Müdafiə İdarəsinin (hazırda NORAD) rəisi polkovnik Harri Şaupaya zəng etməyə başlamışdılar.
Polkovnik vəziyyətdən çıxaraq uşaqlara hərbçilərin Santa Klausun havada yolunu itirməməsi üçün onun “hava dispetçeri” funksiyasını yerinə yetirdiklərini deyirdi. Bundan sonra təyyarə uçuşlarına və raket buraxılışlarına nəzarət edən sistem Santa Klausun hərəkətlərini də izləməyə başlayıb.
Vural










