media-668735-1

Ağ Ev Amerika hərbi gəmilərinin İrana doğru hərəkət etdiyini elan etdi və bu, İranla bağlı qərarın yaxın vaxtlarda bitməsinə hesablanan addımdır.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ayova ştatındakı mitinqdə elan edib.

ABŞ prezeidenti İrana yollanan dəniz qüvvələrinin bu ölkə ilə “məsələlərin birmənalı həlli” ilə bağlı razılığa gələcəyinə ümid etdiyini bildirib.

Əvvəllər Trampın İrana və onun siyasi rəhbərliyinə güclü zərbə endirəcəyi bildirilsə də, “The Economist”in məlumatına görə, hələlik yekun qərar verilməyib. Bununla belə, eskalasiya risklərinin ötən ilə nisbətən daha yüksək olduğu və İranın ABŞ hücumuna yalnız simvolik zərbələrlə deyil, daha genişmiqyaslı hərəkətlərlə cavab verə biləcəyini bildirdiyi qeyd edilib.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər