Trampa “Sülh Memarı” mükafatı verilib
ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə keçmiş prezident Riçard Niksonun fondu tərəfindən təsis edilən “Sülh Memarı” mükafatını alıb.
ERAmedia xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Riçard Niksona bənzəyən heykəlcik Nikson ailəsinin üzvlərinin iştirakı ilə fondun direktorlar şurasının sədri Robert O’Brayen tərəfindən Trampa təqdim edilib.
Tramp bu mükafata “vasitəçilik etdiyi atəşkəs və sülh razılaşmalarına görə” layiq görülüb. Bəyanatda həmçinin Qəzza sülh sazişinə, eləcə də Azərbaycan-Ermənistan və Hindistan və Pakistan arasında mübahisələrin həlli üçün aparılan danışıqlara istinad edilib.