media-171018470_1751452854

ABŞ prezidenti Donald Trampın İsrail ilə Livan arasında davam edən atəşkəs razılaşmasının 3 həftə müddətinə uzadıldığını açıqlayıb.

ERAmedia xəbər verir ki, açıqlama bölgədə davam edən toqquşmalar fonunda səsləndirilib.

Mütəxəssislərin fikrincə, atəşkəsin uzadılması sərhəd xəttində artan gərginliyin nəzarət altına alınması və diplomatik prosesin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son dövrlərdə qarşılıqlı hücumların intensivləşməsi atəşkəsin kövrək xarakterini bir daha nümayiş etdirmişdi.

Vaşinqtonda aparılan danışıqlar və vasitəçilik təşəbbüsləri tərəflər arasında gərginliyin azaldılması istiqamətində davam etdirilir.

ABŞ-nin prosesə birbaşa cəlb olunması atəşkəsin qorunmasında həlledici rol oynayır.

Atəşkəsin uzadılmasına baxmayaraq, sərhəd bölgəsində vaxtaşırı baş verən hücumlar və pozuntu iddiaları bölgədə hələlik davamlı sabitliyin təmin olunmadığını göstərir.

Diqqətlər qarşıdakı 3 həftə ərzində sahədə baş verəcək hadisələrə və tərəflərin atacağı addımlara yönəlib.

Vural


media-adspc

Bənzər xəbərlər