Trampdan bu ölkəyə TƏHDİD: "Çox yaxında çökəcək"
ABŞ prezidenti Donald Tramp Kubanın siyasi və iqtisadi baxımdan çökmə həddinə çatdığını iddia edib. O bildirib ki, Venesueladan gələn dəstəyin kəsilməsi adanı “nəfəssiz” qoyub və Kuba rəhbərliyinin süqutu an məsələsidir.
ERAmedia xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kubaya qarşı təzyiq siyasətini sərtləşdirən yeni açıqlamalarla çıxış edib.
Adadakı kommunist rejimin “çökməyə çox yaxın” olduğunu irəli sürən Tramp Kubanın ayaqda qalmasını təmin edən regional tarazlıqların pozulduğunu bildirib.
Xüsusilə Venesuelada baş verən hakimiyyət dəyişikliyindən sonra Havana rəhbərliyinin ən böyük maliyyə və enerji mənbəyini itirdiyini xatırladan Tramp deyib ki, “Kuba Venesuelanı qoruyurdu, Venesuela isə onlara neft gəlirləri təmin edirdi. Ancaq artıq bu sistem bitib. Kubanın nə edəcəyini bilmirəm, amma düşünürəm ki, onlar çökəcəklər”.
Kubanın neft tələbatının təxminən 50 faizini qarşılayan Venesuela dəstəyinin sona çatması ada iqtisadiyyatını ciddi çıxmaza sürükləyib.
Tramp son həftələrdə davam etdirdiyi hədələyici mövqeyini təkrarlayaraq, xarici mənbələrin kəsilməsinin rejimin sonunu gətirəcəyini iddia edib.
Kubanın iqtisadi baxımdan nəfəs ala biləcəyi yolların tədricən bağlandığını vurğulayan ABŞ prezidenti adanın siyasi baxımdan da “çökəcəyinə” dair proqnozunu yenidən səsləndirib və Vaşinqtonun bu prosesi yaxından izlədiyi mesajını verib.
Vural









