Trampdan Cənubi Koreyaya ticarət zərbəsi
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya mallarına tətbiq edilən gömrük rüsumlarını artırdığını açıqlayıb.
ERAmedia xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarının 15 faizdən 25 faizə qaldırıldığını bildirib.
Ağ Evin rəhbəri bu qərarı Cənubi Koreyanın qanunverici orqanının Vaşinqtonla bağlanan razılaşma üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb.
“Tarixi ticarət sazişimizin Koreya parlamenti tərəfindən ratifikasiya edilməməsi səbəbindən (bu, onların səlahiyyətidir) Cənubi Koreya avtomobilləri, taxta materialları, əczaçılıq məhsulları və qarşılıqlı rüsumlara daxil olan bütün digər mallara tətbiq edilən gömrük rüsumlarını 15 faizdən 25 faizə yüksəldirəm”, — deyə Donald Tramp bəyan edib.
Vural









