media-photo_5357274165171393957_y

Mənbələrin bildirdiyinə görə, Donald Trampın oğlu Donald Tramp Jr. keçmiş həyat yoldaşı Vanessa Tramp ilə olan uşaqlarının qolfçu Tayger Vudsun yanında vaxt keçirməsindən ciddi narazıdır. Xüsusilə də onun iştirakı ilə baş vermiş son insident fonunda bu narazılıq artıb.

ERAmedia xəbər verir ki, bu barədə “Naughty But Nice” (jurnalist Rob Shuterin “Substack” platforması) mənbəsinə iməlumat yayıb. Məlumata görə, bu, sadəcə narahatlıq deyil, əsl qəzəbdir.

Xatırladaq ki, daha əvvəl Vuds Floridada yol-nəqliyyat hadisəsinə düşmüşdü. Polis məlumatına görə, alkoqol testi onun qanında spirt aşkar etməyib, lakin idmançıda “sərxoşluq əlamətləri” müşahidə olunub. Nəticədə o, sidik analizindən imtina etdiyinə görə saxlanılıb və bu, sərxoş vəziyyətdə avtomobil idarə etmə, əmlaka ziyan vurma və qanuni testdən imtina ittihamları ilə nəticələnib.

Donald Tramp Jr. uşaqlarının təhlükəsizliyindən narahatdır. Onun Vanessa ilə beş övladı var.

Bununla belə, insayder qeyd edir ki, Don anlayır ki, Vanessa öz qərarlarını vermək hüququna malikdir. Lakin onun fikrincə, məsələ uşaqlara gəldikdə sərhəd məhz burada çəkilir. “O, geri çəkilmək niyyətində deyil. Qapalı qapılar arxasında o, çox açıq deyir: Taygeri mənim uşaqlarımdan uzaq saxlayın,” — deyə mənbə yekunlaşdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər