media-tramp3
media-bant_master

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək öz fotosu ilə birlikdə “Dünya başa düşəcək. Yaxınlaşanı heç nə dayandıra bilməz” sözlərini yazıb.

ERAmedia xəbər verir ki, şəkildə Trampın qolları yarı əyilmiş və yuxarı qaldırılmış vəziyyətdədir, ovucları isə səmaya baxır. ABŞ prezidentin arxasında Günəşə və alova bənzəyən parlaq işıqla təsvir olunan Yer planetini görmək mümkündür.

Tramp paylaşımda yazılan sözlərin nə ilə əlaqəli olduğunu açıqlamayıb. Qeyd olunur ki, bu paylaşım retvitdir: ABŞ lideri öz səhifəsində Flopop adlı “X” sosial şəbəkə istifadəçisinin tvitini yerləşdirib.

media-1756638631_bole1vblu0pcmu5g65wfsyeb4ongchpvwuzdiixn_640


media-adspc

Bənzər xəbərlər