media-photo_5199683096297541558_x

ABŞ administrasiyası İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarını ABŞ-ın “qlobal idmanda lider” kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirir.

ERAmedia xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin tanış olduğu ABŞ Dövlət Departamentinin daxili xidməti qeydinə görə, ABŞ Prezidenti Donald Trampın bu Olimpiya Oyunları ilə bağlı “böyük planları” var. Ağ Ev Birləşmiş Ştatları beynəlxalq idmanda dünya lideri kimi tanıtmağı və Vaşinqtonun “Amerikada idman onilliyi” adlandırdığı prosesə təkan verməyi hədəfləyir.

Bu onillik çərçivəsində ABŞ 2028-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına, 2034-cü ildə isə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək. Bundan əlavə, 2026-cı ilin yayında futbol üzrə dünya çempionatı da ABŞ-da keçiriləcək.

Qeyd olunur ki, Milan şəhərində baş tutacaq Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ-ın vitse-prezidenti Cey Di Vens iştirak edəcək.

Xatırladaq ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milanda, “San-Siro” stadionunda keçiriləcək.

Vüsalə


media-adspc

Bənzər xəbərlər