Trampın “sülh planı” baş tutacaqmı? - Araz Xan
“Rusiya-Ukrayna müharibəsi bitə bilərmi? Trampın “sülh planı” baş tutacaqmı? Əslində prosesin necə nəticələnəcəyini anlamaq üçün tərəflərin nə istədiyinə baxmaq lazımdır. Xüsusilə də ABŞ-nin istəyi burada önəmlidir. Rusiya, Ukrayna, hətta Avropa İttifaqının istəkləri ikinci dərəcəli məsələdir. Onda baxaq görək Vaşinqton nə istəyir? Nədir Trampı Rusiyanı qalib elan etməyə sövq edən “?

Bu fikirləri ERAmedia-ya müasir dünya nizamında mövcud Rusiya-Ukrayna münasibətlərinin gedişatını təhlil edən Siyasi şərhçi Araz XAN deyib.
Onun sözlərinə görə: “Cavab sadədir: ABŞ bu müharibə ilə bütün rəqiblərini zəiflədir. Rusiya bir neçə regionda – Yaxın Şərq, Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi mövqeyini itirdi. Son dövrlərdə ABŞ-nin qərarlarına qarşı çıxan, müstəqil oyunçu kimi hərəkət etməyə çalışan Avropa İttifaqı Vaşinqtonun hərbi dəstəyinə nə qədər ehtiyacı olduğunu xatırladı. Trampın hədəfi isə bütün geosiyasi rəqiblərini zərərsizləşdirib, əsas rəqibinə fokslanmaqdır.
Siyasi şərhçi hesab edir ki: Bu rəqib isə heç kimə sirr olmayan Çindir. Məhz bu səbəbdəndir ki, Tramp Rusiyanı Ukraynada qalib elan etmək bahasına da olsa öz tərəfinə çəkmək istəyir. Yəni ABŞ-Çin mübarizəsində Rusiya Vaşinqtonun müttəfiqi olmalıdır. Bütün oyun bunun üzərində qurulub. Rusiya Prezidenti Vladimir Putin isə bir neçə dəfə yaranmış vəziyyətdən istifadə edib, Trampla razılaşmış kimi görünüb, əslində isə vaxt qazanıb. İndi Ukraynada prosesin nə ilə nəticələnəcəyi Putinin Trampa verəcəyi cavabdan asılıdır: Rusiya Çinlə mübarizədə ABŞ-nin qarşısında olacaq, yoxsa yanında? Bax bu cavaba uyğun olaraq Rusiya-Ukrayna müharibəsi başa çatacaq”.
Tamilla Manaf









