Trampın Varisi açıqlanıb
ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Devud Vens 2028-ci ildə Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi olacaq.
ERAmedia xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio açıqlayıb. ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rubionu prezident postunun potensial varisi adlandırmışdı.
“Düşünürəm ki, vitse-prezident Vens namizəd olmaq qərarına gəlsə, növbəti Respublikaçı namizəd o olacaq”, – Rubio Fox News-a müsahibəsində Trampın ondan bunu istəsə, prezidentliyə namizədliyini irəli sürməyə hazır olub-olmayacağını şərh edərkən deyib.