media-whatsapp-image-2026-09-16-at-11-21-46

Türkiyənin TRT1 telekanalında yayımlanan “Mehmed: Fetihler Sultanı” serialının yeni sezonunun ilk bölümündə Azərbaycan mahnısı səsləndirilib.

ERAmedia xəbər verir ki, dünən axşam nümayiş etdirilən bölümdə musiqisi İslam Şirvaniyə, sözləri isə Payam Türkə məxsus olan “Mənəm türk” mahnısından istifadə olunub.

Mahnı serialda Ağqoyunlu hökmdarı Uzun Həsənin Təbrizdəki sarayında Vatikan elçisinin qəbul edildiyi epizodda səsləndirilib.

Musiqinin səsləndiyi səhnədə Vatikanın elçisinin Uzun Həsənin hüzuruna necə gətirilməsi də diqqət çəkib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər