TRT nümayəndə heyəti AzTV-nin qonağı olub
TRT nümayəndə heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri ” QSC-də qonaq olub.
ERAmedia xəbər verir ki, görüş zamanı AzTV-də yaradılması planlaşdırılan Animasiya Mərkəzinin açılışı ilə bağlı strateji analiz və planlama mövzusunda təqdimat keçirilib.
Daha sonra QSC-nin sədri Rövşən Məmmədov, TRT-nin Xarici Əlaqələr İdarəsinin rəhbəri Mustafa Sarıtaş, Strateji İnkişaf İdarəsinin rəhbəri Şeyma Zəngin və TİKA-nın Bakı ofisinin rəhbəri Hayrettin Özçelik arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda media sahəsində süni intellektin tətbiqi və türk dövlətlərinin ortaq media platformasının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.










