media-17788568223420660466_1200x630

Futbol üzrə Tunis millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb.

ERAmedia  xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

Yığmanın qapıçıları Aymen Dahmən, Sabri Ben Hassin və Mohib Əl-Şamixi olub.

Müdafiəçilər sırasında Yan Valeri, Moutaz Neffati, Dilan Bronn, Raed Çixaui, Montassar Talbi, Adem Arous, Omar Rekik, Əli Abdi və Mohamed Ben Hmida yer alıblar.

Baş məşqçi yarımmüdafiə və hücum xəttinə isə Elyes Skiri, Anis Ben Sliman, Rani Xedira, Mortadha Ben Ouanes, İsmayıl Qarbi, Mohamed Hacı-Mahmud, Hannibal, Elias Saad, Xəlil Ayari, Elias Aşuri, Sebastian Tunekti, Hazem Masturi, Firas Şavat və Rayan Elloumini daxil edib.

Tunis seçməsi F qrupunda İsveç, Yaponiya və Niderland yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər