media-b3b0c16f-7178-4208-9084-5bc2de80bcda

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

ERAmedia xəbər verir ki, o, finalda Nurkanat Serikbayevə (Qazaxıstan) uduzmaqla fəxri kürsünün ikinci pilləsi ilə kifayətlənib.

Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.


media-adspc

Bənzər xəbərlər