media-az-premyer-1
media-bant_master

Misli Premyer Liqasında bu gün X turun daha iki oyunu keçiriləcək.

ERAmedia xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.

Günün ikinci görüşündə “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, X tur

2 noyabr

16:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, tura noyabrın 3-də “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1) məğlub edib.


media-adspc

Bənzər xəbərlər