media-56gjuxr9a1g0tl1cuvgphs7plxzc738mzycqs1gq_1200
media-bant_master

Hindistanda turist avtobusu motosikletlə toqquşub.

ERAmedia xarici mediaya istinadla bildirir ki, qəza Andhra-Pradeş ştatında qeydə alınıb. Haydarabaddan Banqalora hərəkət edən turist avtobusu motosikletlə toqquşub. Qəza zamanı ikitəkərli nəqliyyat vasitəsi avtobusun yanacaq çəninə çırpılıb. Nəticədə salonunda 44 nəfər olan avtobus yanıb.

Bədbəxt hadisə zamanı təxminən 20 nəfər həlak olub. Qəza anında sərnişinlərin çoxu yatmış vəziyyətdə olub. Bir neçə nəfər şüşələri sındıraraq çölə çıxmağı bacarıb. Digərləri isə salonun içində qapanıb qalıb. Şahidlərin sözlərinə görə, alov o qədər sürətlə yayılıb ki, turistlərin xilas olmaq üçün heç bir şansı olmayıb.


media-adspc

Bənzər xəbərlər