Turistlərin sevimli məkanı fırtına nəticəsində dağıldı
Cənubi İtaliyada əlverişsiz hava şəraiti Adriatik sahilində yerləşən və “Aşiqlər Tağı” kimi tanınan qaya formasiyasının uçmasına səbəb olub.
ERAmedia xəbər verir ki, bu barədə yerli “Corriere Salentino” nəşri məlumat yayıb.
Melenyunyo şəhərinin meri Mauritsio Çisternino bildirib ki, güclü fırtına unikal təbii landşaftı qoruyub saxlamayıb və baş verənləri “ürəyə dəyən zərbə” adlandırıb. Onun sözlərinə görə, hadisə bölgənin imicinə və turizminə ciddi ziyan vurub.
Məqalədə qeyd olunur ki, son günlər sahilboyu əraziyə güclü yağışlar, külək və fırtına dalğaları təsir edib. “Aşiqlər Tağı”ndan əlavə, çimərlik qurğuları dağılıb və qayanın kiçik hissələri uçub. Hakimiyyət orqanları yeni uçqunların baş verə biləcəyini istisna etmir.
Nəşr yazır ki, Melenyunyo bələdiyyəsi sahil eroziyasına qarşı mübarizə üçün 4,5 milyon dollar dəyərində layihə təklif edib, lakin maliyyələşmə olmadığından plan qəbuledilməz sayılıb.
Vüsalə









