media-1776076636_turk_dovletleri_tdt_voa

I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması elan olunacaq.

ERAmedia-nın məlumatına görə, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanacaq.

Qeyd edək ki, I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir.

Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan qurultayda türk dövlətlərinin bəstəkar təşkilatlarının rəhbərləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media nümayəndələri iştirak edirlər.


media-adspc

Bənzər xəbərlər