media-1667936398_turk-devletleri-teskilati-sekizinci-zirvesi-istanbulda-duzenlendi-618eab68a9e7e-lg

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü başlayıb.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, TDT nəinki regionda, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik qurumlardan biridir.

Deputat qeyd edib ki, 2.1 trilyon dollar nominal ÜDM-ə malik olan Türk dünyası artıq yeni regional əməkdaşlıq modeli kimi çıxış edir. Onun sözlərinə görə, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirilir.

Vüqar Bayramov vurğulayıb ki, əgər Türk ölkələri vahid iqtisadi blok şəklində fəaliyyət göstərsəydi, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci yerdə qərarlaşardı. Deputat əlavə edib ki, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) üzrə ümumi ÜDM-i 5 trilyon 476 milyard dollar təşkil edir.

Onun sözlərinə görə, alıcılıq qabiliyyəti nəzərə alınmaqla Türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur ki, bu da iqtisadi potensialın yüksək olduğunu göstərir.

Deputat qeyd edib ki, Türk dünyası sürətlə bütövləşir, əməkdaşlıq dərinləşir və inkişaf edir. “Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Bu proses həm regionda, həm də qlobal miqyasda yeni iqtisadi və siyasi imkanlar yaradır”, – deyə deputat əlavə edib.

O bildirib ki, bu yaxınlaşma bəzi dairələr tərəfindən müsbət qarşılanır, bəzi tərəflərdə isə narahatlıq doğurur. Bununla belə, deputat hesab edir ki, Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər