media-1776957664286484878_1200x630

Aprelin 24-də Türkiyənin Kayseri şəhərində Türk dünyası idman yarışlarına start veriləcək.

ERAmedia xəbər verir ki, Kayseridə fəaliyyət göstərən “Şuşa” Azərbaycan Evi ilə Türk Dövlətləri ilə Əlaqələr üzrə Başkanlıq tərəfindən birgə təşkil olunan yarışlarda bir sıra ölkələrdən idmançılar iştirak edəcək.

Tədbirlə bağlı fikirlərini bölüşən “Şuşa” Azərbaycan Evinin sədri Elşən Qənbərov rəhbərlik etdiyi qurumun bu idman təşəbbüsünə artıq üçüncü dəfə dəstək verdiyini bildirib.

“Bu yarışları yalnız idman tədbiri deyil, eyni zamanda Türk dünyasının qardaşlığını və ortaq dəyərlərini gücləndirən mühüm platforma hesab edirik. Kayseridə təhsil alan türkdilli dövlətlərdən gələn tələbələri bu çərçivədə bir araya gətirmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Gələcək illərdə bu layihəni daha da genişləndirərək ənənəvi hal almasını hədəfləyirik”, – deyə “Şuşa” Azərbaycan Evinin rəhbəri deyib.

Qeyd edək ki, müxtəlif idman növləri üzrə yarışlara Kayseri Böyükşəhər Bələdiyyəsi, Erciyes və Kayseri universitetləri və bir sıra qurumlar də dəstək verirlər.


media-adspc

Bənzər xəbərlər