Türk dünyasında sosial reabilitasiyanın yeni paradiqması
“On ildən artıqdır ki, reabilitasiya proseslərində yerli kontekstin nəzərə alınmamasının yaratdığı natamamlıq məni daim düşündürür. Uzun illərdir müşahidə edirəm ki, reabilitasiya proqramlarında yerli sosial-mədəni xüsusiyyətlərin nəzərə alınmaması prosesin effektivliyini zəiflədir və onu yarımçıq edir”.
ERAmedia xəbər verir ki, bu barədə Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
O əlavə edib ki, hətta bir ara türk cümhuriyyətlərində fəaliyyət göstərən sığınacaqların şəbəkəsini yaratmaq yeni model reabilitasiya proqramlarının tətbiqinin müzakirəsinə çalışıb, amma alınmayıb.
“Hazırda bunun üzərində çalışıram. Tək ölkəmiz deyil, Şərq ailə modelində reabilitasiya proeseslərinin adaptasiyası və natamamlığın aradan qadlırılmasına nail olmağa çalışıram. Hazırldağım sənəd Türk xalqlarının şüuraltı sosial kodunun və fərd, ailə, icma, cəmiyyət kontekstində məsələnin metodoloji əsaslarını hazırlayıram”, – deyə o qeyd edib.
M.Zeynalova vurğulayıb ki, Qərb mərkəzli reabilitasiya proqramları daha çox fərdə yönəlikli proqramlar oldğundan Türk xalqlarının ailə, icma və cəmiyyət münasibətlərinə tam uyğunlaşmadığını göstərir və bu da reabilitasiyanın effektivliyini azaldır:
“Hazırlanan metodoloji yanaşmada Qərb mərkəzli reabilitasiaya modellərini inkar etmir, onu möcvud ənənəyə uyğunlaşmasını vacib hesab edir. Əslində, əvvəlki kitablarda bu məsələyə toxunmuşdum. Hətta bir çox tədbrilərdə səsləndirmişdim. Təəssüf ki, belə yenilikləri eşitmək və maraqlanmamaq kimi vərdişlərimiz bu ideyaları səssiz qoyur”.









