media-videoedited
media-869341image1
media-shehidler_olmez_baner_full

Türkiyə Əfqanıstan və Pakistan arasında əldə edilmiş atəşkəsi məmnunluqla qarşılayır.

ERAmedia xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Türkiyə və Qətərin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlarda Əfqanıstan və Pakistan arasında sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə atəşkəsin təmin olunması və bununla bağlı mexanizmlərin yaradılması qərarını alqışlayırıq. Bu danışıqlara ev sahibliyi edən Qətərin səylərini yüksək qiymətləndiririk. Türkiyə iki qardaş ölkə və region üçün davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, – deyə bəyanatda vurğulanır.


media-adspc

Bənzər xəbərlər