Türkiyə millisinin heyəti açıqlanıb
Türkiyə Futbol Federasiyası DÇ-2026 üçün heyətini açıqlayıb.
ERAmedia xəbər verir ki, heyətdə 26 futbolçu yer alıb.
İlkin siyahıdan Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Mustafa Eskihellaç, Yusuf Akçiçek, Atakan Karazor, Demir Ege Tıknaz, Aral Şimşir və Yusuf Sarı çıxarılıb.
Yekun heyət isə belədir:
Qapıçılar: Altay Bayındır (Mançester Yunayted), Mert Günok (Fənərbaxça), Uğurcan Çakır (Qalatasaray);
Müdafiəçilər: Abdülkerim Bardakçı (Qalatasaray), Çağlar Söyüncü (Fənərbaxça), Eren Elmalı (Qalatasaray), Ferdi Kadıoğlu (Brayton), Merih Demiral (Əl-Əhli), Mert Müldür (Fənərbaxça), Ozan Kabak (Hoffenhaym), Samet Akaydın (Rizespor), Zeki Çelik (Roma);
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (İnter), İsmail Yüksek (Fənərbaxça), Kaan Ayhan (Qalatasaray), Orkun Kökçü (Beşiktaş), Salih Özcan (Borussiya Dortmund)
Hücumçular: Arda Güler (Real Madrid), Barış Alper Yılmaz (Qalatasaray), Can Uzun (Ayntraxt), Deniz Gül (Porto), İrfan Can Kahveci (Kasımpaşa), Kenan Yıldız (Yuventus), Kerem Aktürkoğlu (Fənərbaxça), Oğuz Aydın (Fənərbaxça), Yunus Akgün (Qalatasaray).
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda mübarizə aparacaq. Komanda ABŞ, Paraqvay və Avstraliya milliləri ilə qarşılaşacaq.










