media-sam-baskani-yilmaz-antalya-diplomasi-forumu-n-16905423_amp
media-bant_master

Türkiyə xarici işlər naziri Hakan Fidanın müavini Nuh Yılmaz Suriyaya səfir təyin olunub.

ERAmedia xəbərinə görə, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Qeyd olunub ki, Hakan Fidan ölkənin xarici nümayəndəliklərində və səfirliklərində xidmət edəcək şəxslərin yeni vəzifələrini açıqlayıb və müavini Nuh Yılmazın Dəməşqdə diplomatik fəaliyyətini davam etdirəcəyini bildirib.

Nuh Yılmaz Hakan Fidan ilə birlikdə 2013-2023-cü illərdə Milli Kəşfiyyat Təşkilatında (MKT) mətbuat müşaviri vəzifəsində çalışıb.

Türkiyənin Suriyadakı hazırkı səfiri Burhan Köroğlunun yeni vəzifəsi ilə bağlı isə məlumat verilməyib.


media-adspc

Bənzər xəbərlər