Türkiyə Ukraynada sülh təşəbbüslərinə qoşulmağa hazır olduğunu bildirdi
Türkiyə Ukraynada münaqişənin dinc yolla həllinə yönəlmiş diplomatik təşəbbüslərə dəstək verməyə hazırdır.
ERAmedia xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bəyan edib.
Dövlət başçısı bildirib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə uzun illərə söykənən münasibətlərə malikdir və Ankara regionda sülhün bərqərar olmasında maraqlıdır.
“Şimaldakı qonşularımız olan Rusiya və Ukrayna arasında müharibənin sona çatmasını səmimi şəkildə arzulayırıq. Atəşkəsin təmin edilməsi və sülhün bərpasına yönəlik diplomatik təşəbbüslərə, ilk növbədə İstanbul prosesi çərçivəsində, konkret dəstək göstərməyə hazırıq”, – Ərdoğan vurğulayıb.
Vural Həsənoğlu









