Türkiyə vətəndaşının idarə etdiyi TIR Kürdəmirdə aşıb
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
ERAmedia xəbər verir ki, Türkiyə Respublikası vətəndaşı İsmet Katalın idarə etdiyi yük avtomobili Qazax istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.









