Türkiyə XİN-dən mühüm AÇIQLAMA: Ermənistanla sərhədlər açılır?
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bölgədə normallaşma prosesi ilə bağlı mühüm açıqlama verib.
ERAmedia xəbər verir ki, Öncü Keçeli bildirib ki, Ermənistan ilə 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan etimad qurucu addımlar nəticəsində Azərbaycan ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə yekunlaşıb.
Onun sözlərinə görə, iki ölkə arasında ortaq sərhədin açılması istiqamətində zəruri texniki və bürokratik işlər hazırda davam edir.
Yeni qaydalara əsasən, Azərbaycandan üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla geri gətirilən malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Azərbaycan” kimi göstərilməsi mümkün olacaq.
Açıqlamada vurğulanıb ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi imkan fonunda Azərbaycan bölgədə iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün region ölkələri və xalqlarının mənafeyi naminə daha da genişləndirilməsinə dəstəyini davam etdirəcək.
Vural









