media-img_8257

Sabah DÇ-2026-da daha 4 oyun baş tutacaq.

ERAmedia xəbər verir ki, əvvəlcə C qrupunda Braziliya nominal meydan sahibi olaraq Mərakeşi qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

C qrupunun digər görüşündə isə Haiti ilə Şotlandiya yığmaları üz-üzə gələcək. Görüş saat 05:00-da start götürəcək.

D qrupunda isə səhər saat 08:00-da Avstraliya Türkiyəni sınağa çəkəcək. Saat 21:00-da isə Almaniya və Küraso kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər.


media-adspc

Bənzər xəbərlər