media-whatsapp-image-2026-05-21-at-10-37-08

Türkiyədə Bakırköy Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daxil olan şikayət, araşdırılan rəqəmsal materiallar və əldə edilən məlumatlar nəticəsində, ictimaiyyətdə “məşhur” olaraq tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin yarandığı müəyyən edilib və bu səbəbdən əməliyyat keçirilib.

ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu çərçivədə İstanbul İl Jandarma Komandanlığı tərəfindən yerli vaxtla saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24, Muğlada isə 1 ünvan olmaqla ümumilikdə 25 ünvanda, 25 şübhəliyə qarşı əməliyyat aparılıb.

Əməliyyat nəticəsində aralarında Mabel Matiz (Fatih Karaca), Feyza Civelek, Volkan Bahçekapılı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu və Eda Dora kimi şəxslərin də olduğu 14 şübhəli saxlanılıb.

Barələrində saxlanma qərarı verilən şəxslər isə bunlardır:

1.Serenay Sarıkaya
2.Berkay Şahin
3.Tan Taşçı
4.Yağmur Ünal
5.Mirgün Sırrı Cabaş
6.Hakan Aydın (Blok 3)
7.Mabel Matiz (Fatih Karaca)
8.Feyza Civelek
9.Niran Ünsal
10.Volkan Bahçekapılı
11.Onur Tuna
12.Osman Haktan Canevi
13.Aslıhan Turanlı
14.Eren Kesimer
15.Kübra İmren Siyahdemir
16.Mehmet Rahşan
17.Cansu Tekin
18.Özgür Deniz Cellat
19.Yasemin İkbal
20.Tarık Tunca Bakır
21.Hanzede Gürkanlar
22.Aycan Yağcı
23.Tuğçe Postoğlu
24.Eda Dora
25.Semiha Bezek

Məlumata görə, narkotik əməliyyatları zamanı saxlanılan şəxslər əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilir. Daha sonra narkotik testləri üçün Ədliyyə Tibb İnstitutuna aparılırlar. Ardınca isə ifadə vermək üçün prokurorluğa təqdim olunurlar.

Prokurorluğun qərarından asılı olaraq, şübhəlilər ya sərbəst buraxılır, ya da məhkəməyə göndərilirlər.

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində 8 oktyabr 2025-ci ildən bəri bir neçə əməliyyat həyata keçirilib. Musiqiçilər, menecerlər və iş adamları da daxil olmaqla bir çox tanınmış şəxs ifadə verib və qan və saç nümunələri təqdim edib. İstintaq çərçivəsində bəzi tanınmış şəxslər barəsində həbs qərarları da verilib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər