Türkiyədə bu məşhur şəxslər saxlanıldı - ADLAR
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib.
ERAmedia-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyat zamanı 10 tanınmış şəxs barəsində saxlanılma qərarı verilib.
İstintaq çərçivəsində müğənni Aleyna Tilki, aktrisalar İrem Sak və Melisa Döngel, müğənni Yusuf Güney, sosial media fenomeni Danla Bilic, tədbir təşkilatçısı Cihan Şengüzel, sosial media fenomenləri Şevval Şahin, Şeyma Subaşı, Mert Vidinli və Mümine Senna Yıldız barəsində “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək” ittihamı ilə prosedur başladıldığı bildirilib.
Saxlanılma qərarları əsasında İstanbulda müəyyən edilən 7 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna Yıldız saxlanılıb.
Xaricdə olduqları müəyyən edilən Şevval Şahin, Şeyma Subaşı və Mert Vidinli barəsində axtarış qərarı çıxarılıb. Ünvanlarında tapılmayan Melisa Döngel, Yusuf Güney və Cihan Şengüzelin saxlanılması istiqamətində işlərin davam etdiyi qeyd olunub.
Digər tərəfdən, daha əvvəl həbs edilən sosial media fenomeni və sahibkar Sercan Yaşar dünən ifadə vermək üçün İstanbul məhkəməsinə gətirilib. Sercan Yaşar prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb.
Vural









