Türkiyədə dəhşətli hotel yanğınına görə 11 nəfərə ömürlük həbs cəzası verilib
Türkiyənin Bolu vilayətində, “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelindəki yanğınla bağlı 32 müttəhimdən 11-nə ömürlük həbs cəzası verilib.
ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, cəza verilənlər arasında faciənin baş verdiyi hotelin sahibi də var.
Xatırladaq ki, yanvarın 21-də baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 130-dan çox insan yaralanıb. Yanğın zamanı hoteldə 238 qonaq olub.









