media-thumbs_b_c_c0add4e4d921098764a605f3c5f8b225

media-01-08_12_20260120_2_72581157_121368004

Lüleburgaz rayonunun Evrensekiz qəsəbəsində fermer Burak Tunckol Sovet ordusunun 1990-cı ildə qadın və uşaq arasında fərq qoymadan həyata keçirdiyi “Qanlı Yanvar qırğını” şəhidlərini anmaq qərarına gəlib. Fermer torpağın üzərində iz qoymaq üçün traktor kotanından istifadə edərək öz tarlasında təxminən 7 saat davam edən “20 Yanvar şəhidlərini hörmətlə anırıq, Bakı” yazısını yazıb.

ERAmedia Türkiyə mediasına istinadən xəbər verir ki, Tunçkol verdiyi açıqlamada 36 il əvvəl baş verən qırğının ağrısını hələ də ürəyində daşıdığını bildirib.

Şəhidlərə hörmətini bildirən Tunçkol deyib: “Qardaş ölkəmiz Azərbaycanın ağrısı bizim ağrımızdır. Dünyada vicdanı və səsi olan hər kəsi bu qırğını xatırlamağa dəvət edirəm. Şəhidlərimizin uyuduğu yer cənnət olsun, Azərbaycana hörmət və salamlarımı çatdırıram”.

media-thumbs_b_c_c0add4e4d921098764a605f3c5f8b225

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər