media-turkey_schooll

Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.

ERAmedia bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib.

Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.

İnsidentlə bağlı cinayət işi açılıb.


media-adspc

Bənzər xəbərlər