media-wgrvkwpvnnoh7lo5qfxwnjcoje

media-elxan-sahinoglu

Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında Ermənistanda uyun ayında keçiriləcək parlament seçkilərdən danışarkən baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib. “Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır” – deyən Hakan Fidan bununla Ankaranın Ermənistanda tərəfini seçdiyini bildirib.

ERAmedia xəbər verir ki, bunu şərh edən siyasi təhlilçi Elxan Şahinoğlu Hakan Fidanın dediklərini doğru strategiya hesab edib.

O qeyd edib ki, bunu gizlətməyin mənası yoxdur, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir:

“Mümkündür ki, rəsmi Bakı da oxşar bəyanatla çıxış etsin. Mümkün bəyanatda o da vurğulanmalıdır ki, indiki mərhələdə Azərbaycanla sülhün əleydarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq. Yəni ermənilər Ankara və Bakıdan onlara ünvanlanan mesajları düzgün oxumasalar, bunun ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını anlamalıdırlar”.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər