Türkiyəli nazir Bakıya gəldi
Bakıda CICA Qadınlar Şurasının ilk iclası və “Davamlı İnkişaf üçün CICA məkanında qadınların səsinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
ERAmedia xəbər verir ki, konfransda iştirak etmək üçün Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Azərbaycana səfərə gəlib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın-Kişi İmkan Bərabərliyi Komissiyasının (KEFEK) sədri, AK Parti Sakarya millət vəkili Çiğdem Ərdoğan da dünən Bakıya gəlib.
Türkiyə nümayəndə heyətinin səfəri aprelin 15-dək davam edəcək.










