Türkiyəli qonaqlar AzTV-də olub
Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin (YTB) nümayəndə heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də olub.
ERAmedia xəbər verir ki, YTB-nin sədri Abdülhadi Turusun Azərbaycana ilk rəsmi səfəri çərçivəsində baş tutan görüşdə qurumun fəaliyyət istiqamətləri, xüsusilə təhsil sahəsində gördüyü işlər barədə məlumat verilib.
Görüş zamanı AzTV ilə əməkdaşlıq çərçivəsində gələcəkdə media sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi, o cümlədən 2026-cı ildə qurulması nəzərdə tutulan Animasiya və Süni İntellekt Mərkəzinə dəstək, texniki biliklərin paylaşılması, müxtəlif sahələr üzrə təlimlərin təşkili və bir neçə əməkdaşların siyahıya alınaraq təhsil imkanlarının təmin olunması məsələləri də müzakirə olunub.










