Türkiyənin daha bir məktəbində silahlı insident baş verib
Şanlıurfa liseyində baş vermiş qanlı insidentin ardında bu gün Türkiyənin başqa bir vilayətində – Kahramanmaraşda yerləşən orta məktəbə silahlı hücum olub.
ERAmedia bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, insident Onikişubat rayonunun Ayşel Çalık adına orta məktəbində baş verib.
İlkin məlumata görə, təfərrüatları məlum olmayan hadisə nəticəsində azı 6 nəfər yaralanıb.
Bundan başqa, NTV telekanalı ölənlərin də olduğunu bildirir.
Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadaları səfərbər olunub.









