media-ads-728x90
media-c4d98fd9-cb80-3bdc-97ef-4c36086a52c0_850
media-ads-728x90

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib.

ERAmedia xəbər verir ki, nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.

A.Yerlikaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.


media-ads-728x90

Bənzər xəbərlər