media-1741594900_zelzele
media-bant_master

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında məlumat yayılıb.  Bildirilib ki, yeraltı təkanların ocağı 8.4 kilometr dərinlikdə yerləşib.

Kütahya valisi Musa İşın “TRT Haber” telekanalına bildirib ki, zəlzələ yerli vaxtla 12:59-da (Bakı vaxtı ilə saat 13:59 – red.) qeydə alınıb. Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində hələlik dağıntı və insan itkisi barədə məlumat daxil olmayıb.


media-adspc

Bənzər xəbərlər