Türkiyənin məşhur tarixi serialında QARABAĞ ATI
Türkiyənin TRT kanalında yayımlanan “Mehmed: Fetihler sultanı” serialında Qarabağ atı nümayiş olunub.
ERAmedia xəbər verir ki, serialın növbəti bölümündə Osmanlı sultanı Mehmet Fatehin Bizansın son qalası sayılan Pontusun (Trabzon) fəth etməsindən bəhs edilib.
Fəthin gerçəkləşməsi ilə Sultan Mehmet Fateh Rumeli bəylərbəyi vəzifəsinə Bahadır paşanı təyin edib. Bu vəzifəyə təyin olunan Bahadır paşaya akınçıların lideri Vali bəy Qarabağ atı hədiyyə edib. Vali bəy Qarabağ atını hədiyyə edərkən onu xeyli tərifləyib.
Vural










