media-img_7032

Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə Görüşü mayın ortalarında Türküstanda keçiriləcək.

ERAmedia Akordaya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.

“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, – deyə dövlət başçısı vurğulayıb.


media-adspc

Bənzər xəbərlər