media-ogul

Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib.

ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov ölüb.

Bildirilib ki, onun oğlu Nihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında həlak olub.

Qeyd edək ki, “MAN” və “HOWO” markalı yük avtomobillərinin toqquşması nəticəsində daha bir nəfər xəsarət alıb.


media-adspc

Bənzər xəbərlər